Moldovanın hava məkanı PUA-larla pozulub
3 oktyabr 2026, 14:15 · Mənbə: Report.az

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb.
"Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb.
Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığında müşahidə edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Kauşanı yaşayış məntəqəsi yaxınlığında tüstülənən pilotsuz uçuş aparatının (PUA) qalıqlarını aşkar ediblər. PUA qalıqları Hinçesti rayonunun Dubrovka kəndi yaxınlığında, Delakeu və Puxeçeni kəndləri arasında da tapılıb. Krokmaz kəndində dronun üzüm bağına düşməsi nəticəsində quru bitki örtüyü yanıb, yaxınlıqdakı evin isə pəncərələri sınıb.
İnsidenti araşdırmaq üçün polis və Milli Ordunun bölmələri hadisə yerinə gedib.
Oxşar xəbərlər

Dünya
Əthiopiyada Tigray münaqişəsi nəzarətdən çıxmaq təhlükəsi yaradır
France 24 · 6 oktyabr 2026, 18:17

Dünya
Aİ Ukraynanın üzvlüyünə hazırlıq işlərini sürətləndirir
Kyiv İndependent · 6 oktyabr 2026, 18:17

Dünya
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Report.az · 6 oktyabr 2026, 18:17

Dünya
İranda hicab tələbləri sosial təzyiqlərlə həyata keçirilir
Deutsche Welle · 6 oktyabr 2026, 18:18