Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir
2 oktyabr 2026, 20:15 · Mənbə: Report.az

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölkə Prezidenti Klaudiya Şeynbaum bildirib ki, bu tədbir Meksikanın xarici müdaxilədən qorunmasına yönəlib.
"Meksika prezidentlərinin yalnız bir bayrağı, bir vətəni və qorumalı olduqları bir xalqı ola bilər", - Şeynbaum gündəlik mətbuat konfransında deyib.
İslahatı tənqid edənlər hesab edirlər ki, bu dəyişiklik ikili vətəndaşlığı olan şəxslərin siyasi hüquqlarını məhdudlaşdırır və hakim "Morena" partiyasının, eləcə də onun müttəfiqi olan siyasi qüvvələrin bəzi nümayəndələri üçün maneələr yarada bilər.
Düzəlişlər artıq Meksika Konqresinin hər iki palatası tərəfindən bəyənilib, daha sonra isə ölkənin 32 ştatının qanunverici məclislərinin əksəriyyətinin dəstəyini alıb.
İndi qanunvericilər konstitusiyaya uyğunluq barədə formal bəyannamə qəbul etməlidirlər, bundan sonra dəyişikliklər rəsmi bülletendə dərc olunacaq və qüvvəyə minəcək.
Hazırda Meksika Konstitusiyası prezidentin və qubernatorların ikili vətəndaşlığa malik olmasını birbaşa qadağan etmir.
Oxşar xəbərlər

Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17

Dünya
"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Report.az · 18 oktyabr 2026, 16:17

Dünya
Vladimir Zelenski ABŞ-la kəşfiyyat məlumatlarının dəyişməsini bərpa edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 15:47

Dünya
Qəzzada minalardan çıxarılan 75 fələstinlinin dəfn mərasimi keçirilib
Al Jazeera · 18 oktyabr 2026, 15:47