Mahir Məmmədov: "FIDE-də vitse-prezident seçilməyim Azərbaycanın idmana diqqətinin göstəricisidir"
29 sentyabr 2026, 15:15 · Mənbə: Report.az

Mahir Məmmədovun üçüncü dəfə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti seçilməsi Azərbaycanın idmana göstərdiyi yüksək diqqətə verilən beynəlxalq qiymətdir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Mahir Məmmədovun üçüncü dəfə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti seçilməsi Azərbaycanın idmana göstərdiyi yüksək diqqətə verilən beynəlxalq qiymətdir.
Azərbaycan Şahmat Federasiyasının prezidenti bu barədə "Report"a açıqlamasında bildirib.
M.Məmmədov FIDE-də üçüncü dəfə bu vəzifəyə seçilməsi ilə bağlı fikirlərini bölüşüb:
"Beynəlxalq Şahmat Federasiyasının Səmərqənddə keçirilən Konqresində üçüncü dəfə vitse-prezident vəzifəsinə seçilmək təkcə mənim yox, bütövlükdə Azərbaycan şahmat məktəbinə və dövlətimizin idmana göstərdiyi yüksək diqqətə verilən beynəlxalq qiymətdir. Bu etimadı doğrultmaq mənim üçün böyük fəxr və məsuliyyətdir".
O, qarşıdakı dönəmdə məqsədlərindən söz açıb:
"Yeni seçilən FIDE prezidenti Timur Turlov ilə birlikdə növbəti 4 il üçün qarşıya qoyduğumuz bir sıra məqsədlər var. Birincisi, şahmatın coğrafiyasını genişləndirmək, müasir texnologiyalar və rəqəmsal platformalar vasitəsilə oyunu gənclər üçün daha əlçatan etməkdir. İkincisi, dünyada şahmatın məktəblərə inteqrasiyası proqramlarını gücləndirmək, intellektual nəslin yetişməsinə töhfə verməkdir. Üçüncüsü, inovativ layihələrlə qadınların həm peşəkar şahmatda, həm də idarəçilikdə rolunu və dəstəyini artırmaqdır. Azərbaycan olaraq həm ölkəmizdə, həm də dünya miqyasında şahmatın inkişafı və bu hədəflərin reallaşması üçün fəal işimizi davam etdirəcəyik".
Oxşar xəbərlər

İdman
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
Report.az · 18 oktyabr 2026, 11:47

İdman
Gabbi Williams Valkiri komandasını WNBA finalının gərgin ilk oyununda qalib edib
Al Jazeera · 18 oktyabr 2026, 11:48

