Madriddə 70 min insan mənzil böhranı əleyhinə aksiyada iştirak edib
4 oktyabr 2026, 05:14 · Mənbə: Report.az

Madriddə mənzil böhranına qarşı keçirilən aksiyada təxminən 70 000 nəfər iştirak edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Madriddə mənzil böhranına qarşı keçirilən aksiyada təxminən 70 000 nəfər iştirak edib.
"Report"un "El País"ə istinadən verdiyi məlumata görə, bu rəqəmlər İspaniya hökumətinin Madriddəki nümayəndəliyi tərəfindən göstərilib. Aksiyanın təşkilatçıları olan Kirayəçilər Birliyi təxminən 500 000 insanın iştirak etdiyini açıqlayıb.
Nümayişçilər İspaniya paytaxtının küçələrindən Madrid şəhər meriyasının yerləşdiyi "Cibeles" meydanına qədər yürüş ediblər. Etirazın əsas şüarı "Ümumi tətil yolunda" olub.
Mənzil böhranına qarşı kütləvi etirazlar İspaniyanın digər şəhərlərində də keçirilib və minlərlə iştirakçı cəlb edilib.
Valensiyada nümayiş etirazçılarla polis arasında toqquşmalarla başa çatıb. "El País"in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları dağıtmaq üçün güc tətbiq ediblər.
Oxşar xəbərlər

Dünya
Səhər yeməyində çörək yeməyi istəməyəcək üç dəriyə resept təqdim ediblər
News.ru · 14 oktyabr 2026, 13:49
Dünya
Benyamin Netanyahu İsrail seçkilərində iqtidarda qalmaq üçün mübarizə aparır
Anadolu Agency · 14 oktyabr 2026, 13:48

Dünya
Tramp Yunanıstandakı səfiri böyük etik qalmaqala görə istefaya göndərib
France 24 · 14 oktyabr 2026, 13:48

Dünya
Starlink məhdudiyyətləri Ukraynadan reaktiv "Şahed"lərə qarşı effektiv vasitəni alır
Ukrainskaya Pravda · 14 oktyabr 2026, 13:48