Lüksemburqda yarımmarafon iştirakçıları Azərbaycan şəhidlərinin xatirəsini yad ediblər
29 sentyabr 2026, 20:45 · Mənbə: Report.az

Lüksemburqda yaşayan Azərbaycan icmasının 30 üzvü Remix şəhərində keçirilən "Route du Vin" yarımmarafonunda iştirak edərək, qaçışı 27 Sentyabr - Anım Gününə həsr edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Lüksemburqda yaşayan Azərbaycan icmasının 30 üzvü Remix şəhərində keçirilən "Route du Vin" yarımmarafonunda iştirak edərək, qaçışı 27 Sentyabr - Anım Gününə həsr edib.
"Report"un Avropa bürosu xəbər verir ki, yarımmarafonda Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyasının (LuxAz) üzvləri də iştirak ediblər.
Fotoqalereya
1 / 4Lüksemburqda yarımmarafon iştirakçıları Azərbaycan şəhidlərinin xatirəsini yad ediblər
Onlar, 21 km-lik məsafəni əhatə edən marafonda Vətən müharibəsinin əsas simvollarından olan Xarıbülbül təsvirli döş nişanları taxıblar. Azərbaycan icmasının nümayəndələri yarımmarafonun digər iştirakçılarına Xarıbülbülün və Anım Gününün xalqımız üçün əhəmiyyəti barədə danışıblar.
Qeyd edək ki, "Route du Vin" 1962-ci ildən bəri hər il Remixdə keçirilir və minlərlə iştirakçı toplayır. Bu il qaçış sentyabrın 27-də, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizə həsr edilən Azərbaycanın Anım Günündə baş tutub.
Oxşar xəbərlər

Dünya
Braziliyada ABŞ-nin prezident seçkilərinə mümkün müdaxiləsi ilə bağlı araşdırmaya başlanılıb
Report.az · 5 oktyabr 2026, 06:14

Dünya
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək vermək niyyətindədir
Report.az · 5 oktyabr 2026, 05:44


Dünya
İran rəsmisi: ABŞ konqres seçkilərini keçirənədək hərbi münaqişəyə girməyəcək
Report.az · 5 oktyabr 2026, 04:45