Lukaşenko Ermənistanı "arabanı atın qabağına qoşmamağa" çağırıb
2 oktyabr 2026, 15:15 · Mənbə: Report.az

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avropa İttifaqı (Aİ) bazarına yönəlməyə tələsməməyə və əvvəlcə indiki ixrac həcmini qoruyub saxlaya biləcəyini qiymətləndirməyə çağırıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avropa İttifaqı (Aİ) bazarına yönəlməyə tələsməməyə və əvvəlcə indiki ixrac həcmini qoruyub saxlaya biləcəyini qiymətləndirməyə çağırıb.
"Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə o, Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə bildirib.
"Əgər Avropa İttifaqına getmək qərarına gəlmisənsə, hara tələsirsən? Əvvəlcə dəqiq müəyyən et ki, konyakını, tərəvəz və meyvələrini kim alacaq və hansı həcmdə? Bu gün bizdə satdığını əvəz edə biləcəksənmi?", - Lukaşenko deyib.
O, həmçinin İrəvana Ermənistan məhsulları üçün avropalı alıcıların olduğuna əvvəlcədən əmin olmağı təklif edib.
"Əgər əmin oldunsa ki, Fransa öz konyakını qoyub sənin məhsulunu alacaq, o zaman get. Niyə tələsirsiniz? Arabanı atın qabağına niyə qoşursunuz?" - o qeyd edib.
Oxşar xəbərlər

Dünya
Cey Di Vens Fransadakı etirazlarda zorakılığı qərb liberalları törədib deyib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 16:47

Dünya
Ukrayna Sankt-Peterburqa pilotsuz hücum edib, biri ölüb, neft emalı zavodu yanıb
France 24 · 18 oktyabr 2026, 16:47


Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17