TopXəbər

"Liverpul" 2027-ci ildə Orelyen Çuamenini heyətinə qatmaq istəyir

27 sentyabr 2026, 13:15 · Mənbə: Report.az

"Liverpul" 2027-ci ildə Orelyen Çuamenini heyətinə qatmaq istəyir

İngiltərənin "Liverpul" klubu Fransa millisinin futbolçusu Orelyen Çuamenini heyətinə qatmaq istəyir.

"Report" "Football Insider"ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 26 yaşlı yarımmüdafiəçini 2027-ci ildə İspaniyanın "Real" komandasından almaq niyyətindədir.

Xatırladaq ki, Orelyen Çuameni 2022-ci ildən Madrid klubunda çıxış edir.

O, meydana çıxdığı 199 oyunda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.