Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29 sentyabr 2026, 21:45 · Mənbə: Report.az

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə təşəkkür ifadə olunub, göstərilən uzunmüddətli dəstək yüksək qiymətləndirilib.
Fotoqalereya
1 / 4Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
Xüsusilə uşaq pediatriyası sahəsində Müqəddəs Taxt-Tacın "Bambino Gesu" xəstəxanası ilə qurulan əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Eyni zamanda, Müqəddəs Pavel Bazilikasının və oradakı abidələrin bərpası, həmçinin bu istiqamətdə gələcək fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.
Rahibə Raffaella Petrini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib. O, yaxın vaxtlarda Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.
Oxşar xəbərlər


Siyasət
Populist Çexiya Baş Naziri Babiş Senat seçkilərində üzülüb
Deutsche Welle · 18 oktyabr 2026, 11:17

Siyasət
Qırğızıstan parlamentində TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək
Report.az · 18 oktyabr 2026, 10:46
