Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
26 sentyabr 2026, 20:46 · Mənbə: Report.az

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Almaniyanın XİN rəhbəri Yohan Vadeful ilə görüş keçirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Almaniyanın XİN başçısı Yohan Vadeful ilə Ukrayna ətrafındakı vəziyyəti, eləcə də Moskva ilə Berlin arasında ikitərəfli münasibətləri müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici siyasət idarəsinin məlumatında deyilir.
Məlumata görə, almaniyalı nazir bu və digər məsələlər üzrə ölkə hökumətinin dəfələrlə açıq şəkildə ifadə etdiyi mövqeyi təsdiqləyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Almaniyanın XİN rəhbəri Yohan Vadeful ilə görüş keçirib.
"Report" TASS-a istinadən xəbər verir ki, iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin görüşü Ukraynada müharibənin başlanmasından bəri ilk dəfədir.
Bundan əvvəl Lavrov almaniyalı həmkarı ilə 2022-ci il yanvarın 18-də görüşüb, o vaxt bu vəzifəni Annalena Berbok tuturdu.
Məlumata görə, 20 dəqiqə davam edən görüşün təşəbbüskarı Almaniya tərəfi olub.
Müzakirələrin təfərrüatları açıqlanmır.
Oxşar xəbərlər


Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17

Dünya
"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Report.az · 18 oktyabr 2026, 16:17

Dünya
Vladimir Zelenski ABŞ-la kəşfiyyat məlumatlarının dəyişməsini bərpa edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 15:47