"Kür"ün baş məşqçisi Fuad Yanqildin: "Komanda ikinci oyunda daha inamlı idi"
11 oktyabr 2026, 19:17 · Mənbə: Report.az

Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunun II təsnifat mərhələsinin cavab oyununda daha inamlı təsir bağışlayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunun II təsnifat mərhələsinin cavab oyununda daha inamlı təsir bağışlayıb.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin baş məşqçisi Fuad Yanqildin jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis II təsnifat mərhələsinin cavab görüşündə Kiprin APOEL kollektivini 39:13 hesabı ilə məğlub etdikləri görüşlə bağlı fikirlərini bölüşüb:
"Birinci oyuna nisbətən komanda ikinci matçda daha inamlı idi. Tapşırıqları yaxşı yerinə yetirdilər. Komandamdan çox razıyam. Təəssüratlarım əladır. Növbəti raunddakı potensial rəqiblərə baxmışıq. Hansı komanda ilə qarşılaşacağımızı gözləyirik".
Xatırladaq ki, ötən gün eyni arenada rəqibini 40:18 hesabı ilə üstələyən "Kür" növbəti mərhələyə vəsiqə qazanıb. Komandanın III təsnifat mərhələsindəki rəqibi oktyabrın 13-də müəyyənləşəcək.
Oxşar xəbərlər

Dünya
Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Report.az · 19 oktyabr 2026, 05:47

Dünya
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Report.az · 19 oktyabr 2026, 05:17

Dünya
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Report.az · 19 oktyabr 2026, 04:47
