TopXəbər

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 oktyabr 2026, 21:17 · Mənbə: Report.az

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Biznes Qrupunun və Tailandın ən böyük konqlomeratlarından biri olan BTS-in nümayəndə heyəti ilə görüşüb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Biznes Qrupunun və Tailandın ən böyük konqlomeratlarından biri olan BTS-in nümayəndə heyəti ilə görüşüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə həmin ölkənin hökumət administrasiyası məlumat yayıb.

Bildirilib ki, görüşdə Gürcüstanın əlverişli investisiya mühiti, iqtisadi potensialı və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər Gürcüstanın strateji coğrafi mövqeyini və Orta Dəhlizin Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıblar. Qeyd olunub ki, bu istiqamətdə əməkdaşlığın inkişafı xarici investorlar üçün əlavə imkanlar yarada bilər.

Dünya

Pakistanlı general sabah Tehrana səfər edəcək

Report.az · 19 oktyabr 2026, 23:47