Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün dinc yolla bərpası ən vacib vəzifələrimizdəndir
27 sentyabr 2026, 11:44 · Mənbə: Report.az

Gürcüstanın ərazi bütövlüyünün dinc yolla bərpası ölkənin ən vacib milli vəzifələrindən biridir.
"Report"un yerli xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ayrı-ayrı siyasi şəxslərin bəyanatları bu məsələdə hökumətin mövqeyini dəyişə bilməz:
"Ərazi bütövlüyünün bərpası bizim ən vacib milli vəzifələrimizdən biridir və nə Baramidze, nə Qvaramiya, nə Berdzenişvili, nə də başqa heç kim, hansı əmr və ya tapşırıq alsalar da, bunu dəyişə bilməzlər", – deyə İ. Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, son dövrdə ayrı-ayrı şəxslərin bəyanatları ərazi bütövlüyünün bərpası məsələsinin arxa plana keçirilməsinə yönəlmiş yeni siyasi mövqenin formalaşdığını göstərir.
Kobaxidze bildirib ki, Gürcüstan hökuməti bu məsələyə dəyişməz mövqedən yanaşır və ərazi bütövlüyünün yalnız dinc yolla bərpasını prioritet hesab edir.
Oxşar xəbərlər

Dünya
Vladimir Zelenski ABŞ-la kəşfiyyat məlumatlarının dəyişməsini bərpa edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 15:47

Dünya
Qəzzada minalardan çıxarılan 75 fələstinlinin dəfn mərasimi keçirilib
Al Jazeera · 18 oktyabr 2026, 15:47


Dünya
Atlanta ilə Manuel’s Tavern Corciyanın keçmişini gələcəyə baxışla işarələyir
France 24 · 18 oktyabr 2026, 15:47