TopXəbər

Kiyevdə tədris müəssisəsinin damı dron qalıqlarının düşməsi səbəbindən alışıb

6 oktyabr 2026, 07:15 · Mənbə: Ukrainskaya Pravda

Kiyevdə tədris müəssisəsinin damı dron qalıqlarının düşməsi səbəbindən alışıb

Kiyevdə hava həyəcanı elan olunduqdan sonra tədris müəssisəsinin damında yanğın başlayıb.

Ukrainskaya Pravda yazır ki, Kiyevdə martın 5-də səhər saat 5:24-də Rusiyanın pilotsuz uçuş aparatlarının təhlükəsi ilə bağlı hava həyəcanı elan olunub.

Hava həyəcanı ilə paralel partlayış səsləri eşidilib.

Kiyev Dövlət İdarəetmə Akademiyası (KİDİA) məlumat verib ki, Obolon rayonunda tədris müəssisəsinin damına pilotsuz uçuş aparatının qalıqları düşəndən sonra yanğın başlayıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Kiyevdə yaşayış binasının açıq ərazisinə Rusiya pilotsuz uçuş aparatının qalıqları düşüb.