TopXəbər

Kiyevdə hava həyəcanlarının müddəti beş dəfə artıb

27 sentyabr 2026, 16:15 · Mənbə: News.ru

Kiyevdə hava həyəcanlarının orta müddəti son 1,5 ayda beş dəfə artıb. Telegram-kanal "Hərbi Xronika" məlumat verib.

News.ru yazır ki, Kiyevdə hava həyəcanlarının orta müddəti iyun ayından bəri beş dəfə artaraq 6,1 saat olub. İyunun əvvəlindən 382 hava həyəcanı elan edilib, ümumi müddət 347 saat, yəni 14,5 gün təşkil edib.

Telegram-kanalın məlumatına görə, iyunun əvvəllərində həyəcanların orta müddəti sutkada 1,2 saat olub, 16 avqustdan sonra isə bu müddət 6,1 saata yüksəlib.

Kanalın müəllifləri bildirir ki, yay aylarında həyəcanların orta müddəti 23-25 dəqiqə olub, sentyabrda isə 34 dəqiqəyə çatıb.

Həyəcanların 42 faizi 45 dəqiqədən uzun çəkir. Ən uzun həyəcan isə 7-8 sentyabr tarixində qeydə alınıb, saat 19:39-da başlayıb və ertəsi gün saat 05:41-ə qədər, yəni 10 saat davam edib.

Son zamanlar bütün Ukrayna ərazisində hava həyəcanı elan olunub. Ölkənin Rəqəmsal İnkişaf Nazirliyinin onlayn xəritəsində bu qeyd edilib, lakin ziyan barədə məlumat verilməyib.