TopXəbər

Kapadokyada 5-ci ənənəvi oxatma yarışları başladı

27 sentyabr 2026, 15:45 · Mənbə: Anadolu Ajansı

Kapadokyanın Uçhisar bələdiyyəsində beşinci ənənəvi oxatma yarışları 25 şəhərdən 250 idmançının iştirakı ilə açıldı.

Anadolu Ajansı yazır ki, Kapadokyanın 5-ci ənənəvi oxatma yarışları Nevşəhərin Uçhisar bələdiyyəsinin ev sahibliyi və Gökbörü Ənənəvi İdman Klubunun təşkilatçılığı ilə Cevizlidərə vadisində keçirildi.

Yarışmaya müxtəlif dövr geyimləri ilə qatılan idmançılar 21 müxtəlif stansiyada hədəf lövhələrinə ox atdılar. Yarışda uşaq, gənc, yetkin qadın və yetkin kişi kateqoriyaları üzrə mübarizə aparıldı.

Kapadokya 5-ci Ənənəvi Oxatma Yarışları başladı
Kapadokya 5-ci Ənənəvi Oxatma Yarışları başladı

Gökbörü Ənənəvi İdman Klubunun sədri Fəti Yöndəmli tədbirin bölgəyə dəyər qatdığını və ənənəvi idman ruhunu gələcək nəsillərə çatdırmağı hədəflədiklərini bildirdi. O, oxatmanın həm bacarıq, həm də kondision tələb etdiyini vurğuladı.

Təşkilatçılardan Mehmet Fatih Tan qeyd etdi ki, yarışda ənənəvi geyimlərin geyinilməsi məcburidir və tədbir mədəniyyət festivalına çevrilib. O, təbii coğrafiyanın oyuna xüsusi gözəllik qatdığını və gələn il iştirakın daha da artacağına ümid etdiyini söylədi.

Yarış gün boyu davam edəcək və mükafatlandırma mərasimi ilə başa çatacaq.