Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq
2 oktyabr 2026, 22:15 · Mənbə: Report.az

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq.
Yeniliklərdən dərhal xəbərdar olun!
Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq.
"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Kanada Hokkey Federasiyasının prezidenti Ketrin Henderson kifayət qədər səs toplaya bilməyib və IIHF Şurasının yeni tərkibinə seçilməyib.
Kanada sonuncu dəfə 1994-1998-ci illər arasında dünya hokkeyinin ali idarəetmə orqanında təmsil olunmayıb.
Adıçəkilən ölkə dünya buzüstü hokkeyinin aparıcı və ən titullu ölkələrindən biridir. Ölkənin milli komandası dünya çempionatlarında 28 dəfə qızıl medal qazanıb. Kanada həmçinin Olimpiya Oyunlarında 9 dəfə çempion olub, 5 dəfə gümüş və 3 dəfə bürünc medal əldə edib.
IIHF-nin yeni prezidenti almaniyalı Frans Rayndl seçilib. O, 2021-ci ildən federasiyaya rəhbərlik edən fransalı Lük Tardifi əvəz edib. Tardif yenidən prezidentliyə namizədliyini irəli sürməyib.
Oxşar xəbərlər

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17


Dünya
Livan Prezidenti İsraili qoşunların çıxarılması barədə razılaşmanı pozmaqda ittiham edib
Report.az · 19 oktyabr 2026, 15:17

Dünya
Rubio: ABŞ və Mərkəzi Asiya bazarlarına çıxış üçün Orta Dəhlizi inkişaf etdirmək niyyətindəyik
Report.az · 19 oktyabr 2026, 14:17