İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
26 sentyabr 2026, 21:45 · Mənbə: Report.az

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağına endirdiyi iki zərbə ilə "Nuxba" xüsusi təyinatlı dəstəsinin taqım komandirini və HƏMAS hərəkatının hərbi qanadından olan silahlı radikalı öldürüb.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İMQ Nuseyrat (Qəzza zolağının mərkəzi hissəsindəki Fələstin qaçqın düşərgəsi - red.) bölgəsinə zərbə endirib və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı bölməsinin taqım komandiri İbrahim Fauzi İsmayıl Möhseni zərərsizləşdirib. Xan-Yunis (Qəzza zolağının cənubunda şəhər - red.) bölgəsinə endirilən digər zərbə zamanı HƏMAS-ın hərbi qanadından olan daha bir terrorçu - Məhəmməd Kamel Süleyman Möhseni öldürülüb", - bəyanatda deyilir.
Məlumata görə, zərbələr endirilməzdən əvvəl mülki əhaliyə dəyəcək zərərin minimuma endirilməsi üçün tədbirlər görülüb.
Livanın cənubunda radikal "Hizbullah" hərəkatının silah anbarına da zərbələr endirilib.
"Hərbi qulluqçular üçün təhlükə yaradan silahlar aşkar edildikdən sonra İMQ Livanın cənubundakı Secud bölgəsində "Hizbullah"ın silah anbarına zərbə endirib", - bəyanatda deyilir.
Oxşar xəbərlər

Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17

Dünya
"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Report.az · 18 oktyabr 2026, 16:17

Dünya
Vladimir Zelenski ABŞ-la kəşfiyyat məlumatlarının dəyişməsini bərpa edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 15:47

Dünya
Qəzzada minalardan çıxarılan 75 fələstinlinin dəfn mərasimi keçirilib
Al Jazeera · 18 oktyabr 2026, 15:47