İsrail "Flydubai" reysinin ikinci pilotunu dindirmək niyyətindədir
2 oktyabr 2026, 19:45 · Mənbə: Report.az

İsrail rəsmiləri Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsinin qəzaya uğramasına cəhd göstərməkdə şübhəli bilinən ikinci pilotu dindirməyi planlaşdırır.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrail rəsmiləri Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsinin qəzaya uğramasına cəhd göstərməkdə şübhəli bilinən ikinci pilotu dindirməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti istintaqın gedişindən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
Məhz hansı İsrail idarəsinin və ya strukturunun dindirməni aparacağı dəqiqləşdirilmir.
Bununla yanaşı, İsrail hökumətinin nümayəndəsi "Reuters"ə bildirib ki, ölkənin müstəntiqləri BƏƏ-nin rəhbərliyi altında aparılan istintaqa qoşulacaqlar.
Onun sözlərinə görə, istintaq baş verən hadisənin hallarını müəyyənləşdirmək, eləcə də şübhəli şəxsin motivlərini və bioqrafiyasını araşdırmaq niyyətindədir.
Oxşar xəbərlər

Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17

Dünya
"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Report.az · 18 oktyabr 2026, 16:17

Dünya
Vladimir Zelenski ABŞ-la kəşfiyyat məlumatlarının dəyişməsini bərpa edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 15:47

Dünya
Qəzzada minalardan çıxarılan 75 fələstinlinin dəfn mərasimi keçirilib
Al Jazeera · 18 oktyabr 2026, 15:47