TopXəbər

İmişli Şəkər Zavodunda yanğın olub

27 sentyabr 2026, 23:15 · Mənbə: Report.az

İmişli Şəkər Zavodunda yanğın olub

İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə anbarların birində qeydə alınıb.

Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.

Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından da yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

Bölgə xəbərləri
Bölgə xəbərləri

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, yanğınla bağlı xəstəxanaya müraciət daxil olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.