IMF 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 2 % səviyyəsində gözləyir
13 oktyabr 2026, 07:47 · Mənbə: Report.az

Beynəlxalq Valyuta Fondu (IMF) 2026-cı ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 1,7 %, 2027-ci ildə isə 2,3 % artacağını proqnozlaşdırır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Valyuta Fondu (IMF) 2026-cı ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 1,7 %, 2027-ci ildə isə 2,3 % artacağını proqnozlaşdırır.
"Report" IMF-nin "Dünya iqtisadiyyatının inkişaf perspektivləri: təzyiq altında dayanıqlılıq, təxirəsalınmaz seçim" adlı oktyabr hesabatına əsaslanaraq xəbər verir ki, may proqnozları ilə müqayisədə Azərbaycanın ÜDM artımına dair gözləntilər 2026-cı il üçün 0,5 faiz bəndi, 2027-ci il üçün isə 0,2 faiz bəndi aşağı salınıb.
Fondun hesablamalarına əsasən, qarşıdakı iki il ərzində ölkə iqtisadiyyatı orta hesabla illik 2 % artım nümayiş etdirəcək.
Yenilənmiş hesablamalara görə, IMF Azərbaycanda orta illik inflyasiyanı 2026-cı il üçün 5,8 %, 2027-ci il üçün isə 5,6 % olaraq proqnozlaşdırır. Müqayisə üçün qeyd edək ki, yaz aylarında IMF 2026-cı ildə inflyasiyanı 6 %, 2027-ci ildə isə 4,2 % səviyyəsində gözləyirdi.
Fondun mütəxəssisləri eyni zamanda əmək bazarındakı durumu da dəyərləndirərək Azərbaycanda işsizliyin 2026-cı ildə 5,3 % (2025-ci illə eyni göstərici) olacağını, 2027-ci ilədək isə 5,2 %-ə düşəcəyini proqnozlaşdırıblar.
İqtisadiyyat Nazirliyi bu il ölkənin ÜDM artımını 1,7 %, növbəti il üçün isə 2,7 % həcmində qiymətləndirir. Azərbaycan Mərkəzi Bankı (AMB) isə 2026-cı ildə iqtisadi artımı 0,5 %, 2027-ci ildə isə 2,6 % səviyyəsində proqnozlaşdırır.
İqtisadiyyat Nazirliyinin hesablamalarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 5,3 % olacaq. AMB isə iyul proqnozunda 2026-cı ildə inflyasiyanın 6,1 %, 2027-ci ildə isə 5,8 % təşkil edəcəyini gözləyir.
Oxşar xəbərlər

İqtisadiyyat
Azad edilmiş ərazilərdə qazla təmin olunan yaşayış məntəqələrinin sayı açıqlanıb
Report.az · 19 oktyabr 2026, 15:17

İqtisadiyyat
Bakıda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib
Report.az · 19 oktyabr 2026, 13:47

İqtisadiyyat
ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb
Report.az · 19 oktyabr 2026, 13:17

İqtisadiyyat
"e-müqavilə" altsistemində süni intellekt əsaslı "RDMİS AI" dəstək köməkçisi istifadəyə verilib
Report.az · 19 oktyabr 2026, 11:17