İlk yerli tarama gəmisi "UAB MAVİ VATAN" suya endirildi
26 sentyabr 2026, 13:26 · Mənbə: Anadolu Ajansı

"UAB MAVİ VATAN" adlı yeni tip yerli tarama gəmisi suya endirildi. Gəmi milli dizaynla Türkiyə tersanələrində inşa olunub.
Anadolu Ajansı yazır ki, 10 aprel 2025-ci ildə blok qaynağı atılan "UAB MAVİ VATAN" adlı yeni tip emici dəniz dibini tarama gəmisi suya endirilib.
Gəmiyə aid məlumat verən nazir Uraloğlu bildirib ki, bu Türkiyə tersanələrində ilk dəfə yerli dizaynla inşa olunan emici xüsusiyyətə malik tarama gemisidir.
"UAB MAVİ VATAN" 85 metr uzunluğa, 20 metr tarama dərinliyinə və 2 min kubmetr tutuma sahibdir. Xüsusilə körfəzlərdə tarama və təmizlik işləri həmin milli gəmi ilə Nazirliyə məxsus olaraq həyata keçiriləcək.
Nazirin bildirdiyinə görə, gəmi tam avtomatlaşdırma xüsusiyyətinə malikdir və hərəkətdə olarkən də tarama apara bilir. Bir neçə aylıq səyahət təcrübəsindən sonra xidmətdə olacaq.
Oxşar xəbərlər

Dünya
"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər
Report.az · 20 oktyabr 2026, 05:47


