İlham Əliyev: Milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir
30 sentyabr 2026, 09:44 · Mənbə: Report.az

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
"Report" xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" XV Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı qeyd edib ki, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən Azərbaycan müdafiə sənayesi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir:
"Yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir".
Oxşar xəbərlər

Siyasət
İspaniya Ali Məhkəməsi Puigdemontun həbs qərarını ləğv edib
Deutsche Welle · 6 oktyabr 2026, 18:18

Siyasət
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
Report.az · 6 oktyabr 2026, 18:17

Siyasət
Cornell Universitetində qrup zorlaması işi üzrə xüsusi prokuror tənqid olunur
BBC News · 6 oktyabr 2026, 18:19

Siyasət
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Report.az · 6 oktyabr 2026, 17:45