İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
5 oktyabr 2026, 12:45 · Mənbə: Report.az

Prezident İlham Əliyev Malayziyaya səfərə dəvət olunub.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyev Malayziyaya səfərə dəvət olunub.
"Report" xəbər verir ki, bunu Malayziyanın Azərbaycanda yeni səfiri Aznifah İsnariah Binti Abdul Qani etimadnaməsini dövlət başçısına təqdim edərkən deyib.
Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş edib.
Dövlət başçısı həmçinin dəvətə görə təşəkkür edərək onu məmnunluqla qəbul etdiyini vurğulayıb.
Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.
Oxşar xəbərlər

Siyasət
ABŞ-da "No Kings" aksiyaları erkən səsverməni təşviq edir
Deutsche Welle · 18 oktyabr 2026, 05:17

Siyasət
Marko Rubio Ukraynanın Starshield hərbi rabitə sisteminə çıxışı olmadığını bildirib
TASS · 18 oktyabr 2026, 04:47

Siyasət
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Report.az · 18 oktyabr 2026, 00:17
