TopXəbər

Hindistanın Uttar Pradeşində güclü yağışlar 56 nəfərin ölümünə səbəb oldu

27 sentyabr 2026, 15:15 · Mənbə: Anadolu Ajansı

Hindistanın Uttar Pradeş əyalətində güclü yağışlar 56 nəfərin həyatını itirməsinə səbəb oldu. Hadisə nəticəsində çox sayda ev və heyvanlar zərər çəkdi.

Anadolu Ajansı yazır ki, Uttar Pradeş əyalətində aralıqsız 60 saat davam edən güclü yağışlar ciddi fəsadlar yaradıb.

Yağışlar səbəbindən baş verən təbii fəlakətlər və qəzalar nəticəsində 56 nəfər həyatını itirib, 46 nəfər isə yaralanıb.

Hindistanın şimal-şərqində daşqınlarda ölənlərin sayı 61-ə çatdı
Hindistanın şimal-şərqində daşqınlarda ölənlərin sayı 61-ə çatdı

Eyni zamanda, çox sayda heyvan tələf olub, 1000-dən çox ev ziyan görüb.

Hindistan Meteorologiya İdarəsi əyalətin bəzi yerlərində ani daşqın riski barədə xəbərdarlıq edib və yağışların davam edə biləcəyini bildirib.