Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, əksinə, birləşdirir
30 oktyabr 2026, 13:47 · Mənbə: Report.az

Region ölkələrinin mehriban qonşuluğu, əməkdaşlığı və birgə fəaliyyəti Azərbaycanın xarici siyasətinin əsaslarından biridir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Region ölkələrinin mehriban qonşuluğu, əməkdaşlığı və birgə fəaliyyəti Azərbaycanın xarici siyasətinin əsaslarından biridir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ceffri Saksa verdiyi müsahibəsində bildirib.
"Biz qonşularımızla möhkəm tərəfdaşlıq, bəzi hallarda isə müttəfiqlik münasibətləri qurmuşuq", - o deyib.
Hacıyev Rusiya ilə münasibətləri nümunə gətirib, həmçinin İranla tarixi və dostluq əlaqələrini, ortaq mədəniyyət və ənənələri qeyd edib.
O əlavə edib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə mədəniyyət, dil yaxınlığı, tarix və ənənələr birləşdirir.
"Mərkəzi Asiya ölkələri, Xəzər dənizinin digər sahilindəki qardaşlarımızla Xəzərin bizi ayırmadığı, əksinə, birləşdirməsi barədə danışırıq. Mərkəzi asiyalı qardaşlarımızın yekdil siyasi qərarı ilə Azərbaycan Mərkəzi Asiyanın Məşvərət Şurasının iştirakçısı oldu. Mən həmçinin deyirəm ki, bu, sadəcə "beş üstəgəl bir", riyaziyyat məsələsi deyil. Bu, kimya, qovuşma məsələsidir. İndi Mərkəzi Asiya "altılığa" çevrilir, çünki Azərbaycan da bu mədəniyyətə mənsubdur", - Hacıyev bildirib.
Oxşar xəbərlər

Siyasət
Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib
Report.az · 23 noyabr 2026, 22:17

Siyasət
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
Report.az · 23 noyabr 2026, 21:17

Siyasət
Nazir müavini: Azərbaycan və Albaniya energetika, ticarət və investisiya sahələrində əməkdaşlığı genişləndirir
Report.az · 23 noyabr 2026, 20:17

Siyasət
Roma Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafını dəstəkləyir
Report.az · 23 noyabr 2026, 14:47