Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
30 oktyabr 2026, 19:17 · Mənbə: Report.az

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb.
"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya), Əbdül Malik Umayevi (Belçika) və Akil Qyakovanı (Kosovo) məğlub edərək yarımfinala yüksəlib.
Bu mərhələdə Tacikistan təmsilçisi Məsudi Əhmədzoda uduzan Heydərov üçüncü yer uğrunda görüşdə Böyük Britaniyanı təmsil edən İrakli Qoqinaşvilidən üstün olub.
Beləliklə, Azərbaycan millisinin turnirdə qazandığı mükafatların sayı 4-ə çatıb. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal əldə ediblər.
Oxşar xəbərlər

Dünya
Kuşner: Tramp Ukraynaya NATO modelində təhlükəsizlik zəmanətlərini nəzərdən keçirə bilər
Report.az · 23 noyabr 2026, 00:17

Dünya
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
Report.az · 23 noyabr 2026, 00:17

Dünya
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
Report.az · 22 noyabr 2026, 23:47

Dünya
Kuşner: ABŞ Ukrayna, Rusiya və Avropa ilə təhlükəsizlik məsələlərini müzakirə edəcək
Report.az · 22 noyabr 2026, 23:47