Gürcüstanın Baş naziri: ABŞ ilə strateji tərəfdaşlığı bərpa etmək istəyirik
27 sentyabr 2026, 12:14 · Mənbə: Report.az

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı bərpa etmək istəyir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp, həmçinin dövlət katibi Marko Rubio ilə qısa söhbətləri olub və bu görüşlərdə strateji tərəfdaşlığın bərpasının Gürcüstan üçün vacib olduğu vurğulanıb. Kobaxidze Tramp və Rubio ilə söhbətlərin müsbət keçdiyini bildirib.
İ. Kobaxidzenin sözlərinə görə, Gürcüstan artıq bu istiqamətdə addım atıb və ABŞ-nin cavab tədbirlərini gözləyir.
"İstəyimiz strateji tərəfdaşlığı bərpa etməkdir. Bizim tərəfimizdən addım atılıb, qarşılıqlı addımlar gözləyirik", – Gürcüstanın Baş naziri bildirib.
Oxşar xəbərlər

Dünya
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Report.az · 20 oktyabr 2026, 02:17

Dünya
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Report.az · 20 oktyabr 2026, 01:47

Dünya
FT: Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
Report.az · 20 oktyabr 2026, 01:17
