Frederik Doye: "Yaşıl dəhliz"lər regionda enerji axınını əsaslı şəkildə dəyişə bilər"
6 oktyabr 2026, 11:17 · Mənbə: Report.az

"Yaşıl dəhliz"lər layihələrinin reallaşdırılması Xəzər regionu, Mərkəzi Asiya və Avropa arasında enerji axınlarını əsaslı şəkildə dəyişə bilər.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Yaşıl dəhliz"lər layihələrinin reallaşdırılması Xəzər regionu, Mərkəzi Asiya və Avropa arasında enerji axınlarını əsaslı şəkildə dəyişə bilər.
"Report" xəbər verir ki, bunu "Siemens Energy" şirkətinin baş vitse-prezidenti və Avropa bölməsinin rəhbəri Frederik Doye Bakıda keçirilən Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın birgə layihəsi olan Qara dəniz yaşıl enerji dəhlizi ("Black Sea Energy") xüsusi strateji əhəmiyyət daşıyır:
"Layihə Xəzər regionundan Avropa İttifaqına yeni yüksək gərginlikli sabit cərəyan (HVDC) xətləri infrastrukturu vasitəsilə bərpa olunan enerji mənbələrindən 4 QVt-a qədər elektrik enerjisinin ötürülməsini nəzərdə tutur".
F.Doye həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə layihəsi olan Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin perspektivliyini qeyd edib. Onun sözlərinə görə, bu layihə Mərkəzi Asiyanın bərpa olunan enerjisinin əhəmiyyətli potensialını açmağa və onu Avropa bazarı ilə əlaqələndirməyə imkan verəcək.
"Əsrlər boyu İpək Yolu malların daşınması vasitəsilə Şərqlə Qərbi birləşdirib. "Yaşıl dəhliz" "təmiz enerji"nin ötürülməsi vasitəsilə Şərq və Qərbi birləşdirə bilər", - F.Doye bildirib.
O vurğulayıb ki, bu təşəbbüslərin reallaşdırılması bərpa olunan enerjinin istehsalı, elektrik enerjisinin ötürülməsi infrastrukturunun tikintisi və enerji sistemlərinin inteqrasiyası sahəsində Azərbaycan, Almaniya və Avropa enerji şirkətlərinin əməkdaşlığı üçün yeni imkanlar yaradır.
Oxşar xəbərlər

Siyasət
Marko Rubio Ukraynanın Starshield hərbi rabitə sisteminə çıxışı olmadığını bildirib
TASS · 18 oktyabr 2026, 04:47

Siyasət
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Report.az · 18 oktyabr 2026, 00:17


Siyasət
"Qərbi Azərbaycanın yaddaş yerləri": 1918-ci ilin yayında Ağudi kəndində 75-i uşaq olmaqla, 325 nəfər öldürülüb
Report.az · 17 oktyabr 2026, 19:47