TopXəbər

Fransa yeni nüvə raketini uğurla sınaqdan keçirdi

6 oktyabr 2026, 14:52 · Mənbə: TASS

Fransa yeni nüvə raketini uğurla sınaqdan keçirdi

Fransa Silahlı Qüvvələri yeni nüvə raketini sınaq atışına çıxarıb. Prezident Emmanuel Makron test atışını Fransız donanmasından izləyib.

TASS yazır ki, Fransa Silahlı Qüvvələri nüvə imkanına malik yeni raketi sınaqdan keçirib.

Raket nüvə başlığı olmadan sualtı qayıqdan atılıb.

Fransa Prezidenti Emmanuel Makron test atışını Fransız Donanmasına aid fregatdan izləyib.

Bu raket M51-in üçüncü versiyasıdır və strateji dənizdən buraxılan ballistik raket olaraq bir il əvvəl xidmətə daxil olub.

Müdafiə Nazirliyi məlumat verir ki, raket nüvə başlığı daşımayıb və Atlantik okeanın şimalında, sahildən yüzlərlə kilometr aralı eniş edib.