TopXəbər

FIDE Rusiya Şahmat Federasiyasının üzvlüyünü dayandırdı

27 sentyabr 2026, 16:46 · Mənbə: TASS

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya Şahmat Federasiyasının üzvlüyünün dayandırılmasını təsdiqləyib.

TASS yazır ki, FIDE-nin Baş Assambleyası Rusiya Şahmat Federasiyasının üzvlüyünün dayandırılmasını qoruyub saxlayıb.

Baş Assambleya Ermənistan, Belarus, Kuba və Nikaraqua şahmat federasiyalarının Rusiya üzvlüyünün bərpasına dair təkliflərini rədd edib.

FIDE prezidenti Timur Turlov çıxışında qurumun İdman Arbitraj Məhkəməsinin (CAS) qərarlarını icra etməli olduğunu vurğulayıb.

O, ümid etdiyini bildirib ki, CAS-ın şərtləri yerinə yetirildikdən sonra Rusiya Şahmat Federasiyasının tam üzvlüyü bərpa olunacaq.

Qeyd edək ki, daha əvvəl FIDE Şurasının qərarı ilə Rusiya Federasiyasının üzvlüyü CAS-ın qərarına əməl etmədiyi üçün müvəqqəti dayandırılmışdı.