"Fars": İranın cənub-şərqində partlayışlar olub
30 oktyabr 2026, 02:47 · Mənbə: Report.az

İranın Hörmüz boğazı sahillərində partlayışlar olub.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın Hörmüz boğazı sahillərində partlayışlar olub.
"Report"un məlumatına görə, bu barədə "Fars" agentliyi yerli mənbələrə istinadən xəbər verib.
Onların sözlərinə görə, səslər İranın cənub-şərqindəki Sirik şəhəri və Qeşm adası yaxınlığındakı dənizdən gəlib.
Qeşm adasının sakinləri səmada partlayışlar görüb və güclü partlayış səsləri eşidiblər. Bəzi mənbələr hava hücumundan müdafiə sistemlərinin işləmə ehtimalını göstərib.
Agentlik qeyd edib ki, ilkin məlumatlara görə, bu səslərdən bəziləri İranın Hörmüz boğazından keçmə qaydalarını pozan gəmilərə atəş açılması ilə əlaqəli ola bilər.
Oxşar xəbərlər



Dünya
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib
Report.az · 14 noyabr 2026, 12:47

Dünya
Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Report.az · 14 noyabr 2026, 10:17