Estoniyanın yeni Prezidenti Madize vəzifəsinin icrasına başlayıb
12 oktyabr 2026, 18:17 · Mənbə: Report.az

Estoniyanın yeni Prezidenti Yulle Madize parlamentdə and içib və bununla da o, rəsmən vəzifəsinin icrasına başlayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Estoniyanın yeni Prezidenti Yulle Madize parlamentdə and içib və bununla da o, rəsmən vəzifəsinin icrasına başlayıb.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Madize 5 il ölkə prezidenti olmuş və iyunda ikinci müddətə namizədliyini irəli sürməkdən imtina etmiş Alar Karisi əvəz edəcək. O, Estoniyanın yeddinci prezidenti və bu postu tutan sayca ikinci qadın olub.
O, sentyabrın 2-də parlamentin növbədənkənar iclasında səsvermənin ilk turunda alternativsiz əsasda dövlət başçısı seçilib. 101 deputatdan 71-i onun namizədliyinin lehinə səs verib.
Andiçmə mərasimindən sonra prezident kimi ilk çıxışı zamanı o vurğulayıb ki, cəmiyyətdə daha çox inama və təqdirə ehtiyac var.
"Son onilliklər ərzində əhalini yenidən tərbiyə etmək, insanlara necə düzgün yaşamağı, düşünməyi, hiss etməyi və ya danışmağı diktə etmək cəhdləri tamamilə əks nəticə verib. Hamı bundan dərs çıxarıb. İndi etibarı bərpa etmək vaxtıdır", - Madize bildirib.
Oxşar xəbərlər




Dünya
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Report.az · 20 oktyabr 2026, 02:17