Estoniya Aİ-ni Ukrayna üçün Rusiyanın dondurulmuş aktivləri məsələsinə qayıtmağa çağırıb
12 oktyabr 2026, 13:18 · Mənbə: Report.az

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Avropa İttifaqının (Aİ) Ukrayna və Moldova ilə iki yeni danışıqlar klasteri açacağına ümid etdiyini bildirib və Kiyevə gələcək dəstək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyə çağırıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Avropa İttifaqının (Aİ) Ukrayna və Moldova ilə iki yeni danışıqlar klasteri açacağına ümid etdiyini bildirib və Kiyevə gələcək dəstək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyə çağırıb.
"Report"un Avropa bürosunun xəbərinə görə, o bu barədə Lüksemburqda Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.
"Ümid edirəm ki, biz Avropa İttifaqının sərəncamında olan Rusiyanın dondurulmuş aktivlərindən istifadə edəcəyik. Söhbət təxminən 200 milyard avrodan gedir", - o qeyd edib.
Nazirin sözlərinə görə, Aİ həmçinin Rusiya hücumlarının güclənməsi fonunda Ukraynaya yardımın gələcək maliyyələşdirilməsi mənbələrini müzakirə etməlidir.
O, həmçinin Rusiya vətəndaşlarına viza verilməsi miqyasını da xatırladıb. Onun sözlərinə görə, Şengen zonası ölkələri ötən il Rusiya vətəndaşlarına 650 min turist vizası verib. O, Avropanın təhlükəsizliyinə olan riskləri nəzərə almaqla viza məhdudiyyətlərinə olan yanaşmaya yenidən baxmağa çağırıb.
Bundan əlavə, Tsahkna Aİ-yə üzvlük prosesi çərçivəsində Ukrayna və Moldova ilə bütün danışıqlar klasterlərinin açılacağına ümid etdiyini bildirib: "Biz bütün klasterlərin açılmasının ləngidiyi vəziyyətə son qoymalıyıq. Avropa genişlənməlidir".
Oxşar xəbərlər

Dünya
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib
Report.az · 19 oktyabr 2026, 20:17

Dünya
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Report.az · 19 oktyabr 2026, 18:47

Dünya
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
Report.az · 19 oktyabr 2026, 18:17

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17