Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib
13 noyabr 2026, 12:17 · Mənbə: Report.az

Ermənistanın Lori vilayətinin Tumanyan icmasında yerləşən qazdoldurma məntəqəsində partlayış baş verib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın Lori vilayətinin Tumanyan icmasında yerləşən qazdoldurma məntəqəsində partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinə istinadən məlumat yayıb.
Hadisə yerinə dörd yanğınsöndürmə-xilasetmə heyəti yola düşüb.
İlkin məlumatlara görə, partlayış qazdoldurma məntəqəsinin ərazisindəki kompressor sistemində baş verib.
Nəticədə bina qismən uçub. Xəsarət alan yoxdur. Başlayan yanğın dərhal söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər

Dünya
BMT-də islahat və enerji təhlükəsizliyi: Şençjen sənədində Bakı üçün önəmli məqamlar
Report.az · 20 noyabr 2026, 16:47



Dünya
"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: "Niderland komandası daha ciddi rəqibdir"
Report.az · 20 noyabr 2026, 14:18