TopXəbər

Polşa NATO-dan əlavə qüvvələr istəmək niyyətindədir

20 noyabr 2026, 15:47 · Mənbə: Report.az

Polşa NATO-dan əlavə qüvvələr istəmək niyyətindədir

Polşa hökumətinin məlumatına görə, Ukraynaya zərbə zamanı Rusiyaya məxsus üç qurğunun ölkənin hava məkanını pozmasından sonra Polşa NATO-dan şərq cinahının müdafiəsi üçün əlavə qüvvələr istəmək niyyətindədir.

Yeniliklərdən dərhal xəbərdar olun!

Polşa hökumətinin məlumatına görə, Ukraynaya zərbə zamanı Rusiyaya məxsus üç qurğunun ölkənin hava məkanını pozmasından sonra Polşa NATO-dan şərq cinahının müdafiəsi üçün əlavə qüvvələr istəmək niyyətindədir.

"Report" "Wiadomości Radio ZET"ə istinadən xəbər verir ki, bunu Polşanın Baş nazirinin müavini, milli müdafiə naziri Vladislav Kosinyak-Kamış noyabrın 20-də keçirilən mətbuat konfransında bildirib.

"Mən NATO-nun baş katibinə müraciət edərək "Eastern Sentry" əməliyyatına dəstək üçün əlavə qüvvə və vasitələrin ayrılmasını xahiş edəcəyəm", - nazir bildirib.

Onun sözlərinə görə, buraxılan qurğuların düşdüyü yerlər Molodıç, Rudnik-nad-Sanom və Novı-Lipovets yaşayış məntəqələrində aşkar edilib. Novı-Lipovetsdə "X-101" raketi müəyyən edilib. Nazirin ilkin qiymətləndirməsinə görə, daha bir obyekt raket, üçüncüsü isə ehtimal ki, reaktiv pilotsuz uçuş aparatı olub.

Kosinyak-Kamış bildirib ki, xəsarət alan yoxdur, infrastrukturun, o cümlədən kritik infrastrukturun zədələnməsi barədə məlumat daxil olmayıb.

Nazir Polşanın hava məkanının pozulmasını Rusiya tərəfinin təxribatı adlandırıb.