Xaçmaz və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
20 noyabr 2026, 14:47 · Mənbə: Report.az

Xaçmaz və Siyəzən rayonlarında qanunsuz balıq ovlayan 5 nəfər saxlanılıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Xaçmaz və Siyəzən rayonlarında qanunsuz balıq ovlayan 5 nəfər saxlanılıb.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir ki, Xaçmaz rayonunun Şimali kəndi istiqamətində qanunsuz balıq ovlayan vətəndaş Pərviz Xankişiyev və Həsən İsayev KTN-nin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətinin əməkdaşlarının qanunsuz balıq ovuna qarşı keçirdiyi birgə tədbir zamanı saxlanılıb.
Nəzarət tədbiri zamanı 7 ədəd bölgə (Huso huso) balığı, 2 ədəd uzunburun (Acipenser stellatus) balığı və 20 ədəd rus nərəsi (Acipenser gueldenstaedtii) AŞA-8327 bort nömrəli mühərrikli taxta qayıqdan aşkar edilərək maddi sübut kimi götürülüb. Qanunsuz balıq ovlayan vətəndaşlara qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülüb.

Eyni zamanda Siyəzən rayonunun Böyük Həmyə kəndi istiqamətində Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşlarının iştirakı ilə Xəzər dənizindən (gölündən) qanunsuz balıq ovlayan vətəndaşlar Xəyal İbrahimov, Mahir Əkbərov və Şəhriyar Səmədov saxlanılıb.
Belə ki, asma mühərrikli BH-3006 nömrəli taxta qayığa baxış zamanı Şəhriyar Səmədov tərəfindən ovlanmış 6 Rus nərəsi aşkar edilib. Asma mühərrikli BH-3014 nömrəli taxta qayığa baxış zamanı isə Xəyal İbrahimov və Mahir Əkbərov tərəfindən ovlanmış 1 ədəd Rus nərəsi müəyyən edilib. Qanunsuz balıq ovlayan şəxslər barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Nazirlik bir daha xatırladır ki, qanunsuz balıq ovu İnzibati Xətalar və Cinayət Məcəllələri ilə məsuliyyət yaradır və bu kimi hallara yol verən şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər

Dünya
Azərbaycan basketbolçusu Polina Şukina Sinqapurda müsabiqənin qalibi olub
Report.az · 22 noyabr 2026, 13:47

Dünya
Zelenski: Rusiyanın Kiyevə zərbəsindən sonra dağıntılar altında 14 nəfər qala bilər
Report.az · 22 noyabr 2026, 13:47

