Əraqçi: Təhdidlərə boyun əyməyəcəyik
18 oktyabr 2026, 19:17 · Mənbə: Report.az

İran özünü müdafiə etməyə hazırdır.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İran özünü müdafiə etməyə hazırdır.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O, qeyd edib ki, İranın müdafiə qabiliyyəti daha da yüksəlib: "Təhdidlərə boyun əyməyəcəyik. Özümüzü müdafiə etməyə hazırlığımız əvvəlki müharibələrdən daha yüksəkdir. Təcrübə qazandıq və özümüzü müdafiə etməyə tam qadirik".
Yeni hücuma hazır olduqlarını bildirən Əraqçi, həmçinin diplomatiyaya da hazır olduqlarını təkrarlayıb. XİN rəhbəri ölkəsinin 7 mərhələli, 7 günlük planını Nyu-Yorka təqdim etdiyini deyib: "ABŞ tərəfi 7 günlük planla bağlı fikirlərini çatdırdı və biz onu araşdırırıq. İranın planı hələ də masadadır. Hörmüz boğazının açılması yolu da olduqca aydındır".
Oxşar xəbərlər




Dünya
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır - Rəy
Report.az · 19 oktyabr 2026, 23:17