TəciliRuslar Dnepropetrovsk vilayətini hücuma məruz qoyub

TopXəbər

Ər-Riyada yönələn ballistik raket vurulub

25 oktyabr 2026, 10:47 · Mənbə: Report.az

Ər-Riyada yönələn ballistik raket vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib.

"Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki bildirib.

Məlumata əsasən, həmin raket koalisiya qüvvələrinin gecə ərzində ələ keçirdiyi azı üçüncü hava hədəfi olub.

Hadisə ilə əlaqədar Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi fövqəladə hallar üzrə milli erkən xəbərdarlıq sistemini işə salaraq paytaxt sakinlərini mümkün təhlükə barədə xəbərdar edib.

Dünya

Obama Ağ Evi Səddam Hüseynin restoranına oxşadıb

News.ru · 25 oktyabr 2026, 10:47