Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub
25 oktyabr 2026, 11:46 · Mənbə: Report.az

Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib.
"Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə ilk növbədə yaşlı sakinlərə şamil olunur.
Prefekturanın inzibati mərkəzi olan Vakayama şəhərində artıq subasma halları qeydə alınıb. Bəzi küçələrdə suyun səviyyəsi avtomobillərin təkərlərinədək yüksəlib.
Güclü yağışlara səbəb Çin sahillərindən Yaponiyaya doğru hərəkət edən "Çampi" güclü tayfununun yaxınlaşmasıdır. Tayfun saatda təxminən 20 kilometr sürətlə irəliləyir.
Qeyd edək ki, tayfun daha əvvəl Tayvana təsir edib. Mövcud məlumatlara görə, təbii fəlakət nəticəsində bir nəfər ölüb, 610-dan çox insan xəsarət alıb.
Oxşar xəbərlər

Dünya
Tramp: ABŞ Yaxın Şərq ölkələrinin xahişi ilə İrana qarşı daha sərt addımlardan çəkinib
Report.az · 13 noyabr 2026, 04:47


Dünya
İspaniya millisi məğlubiyyətsizlik seriyasını 43 matça çatdırıb
Report.az · 13 noyabr 2026, 04:17

Dünya
Rumıniya ABŞ hərbi kontingentinin ölkədə genişləndirilməsini təklif edib
Report.az · 13 noyabr 2026, 04:17