Əmanətlərin Sığortalanması Fondu IADI-nin 25-ci İllik ümumi yığıncağında iştirak edib
5 noyabr 2026, 16:17 · Mənbə: Report.az

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) İspaniya, Macarıstan, İtaliya, Monqolustan, Yaponiya, İndoneziya, Malayziya və Nigeriyanın müvafiq qurumları ilə əmanətlərin sığortalanması sistemlərinin inkişafını müzakirə edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) İspaniya, Macarıstan, İtaliya, Monqolustan, Yaponiya, İndoneziya, Malayziya və Nigeriyanın müvafiq qurumları ilə əmanətlərin sığortalanması sistemlərinin inkişafını müzakirə edib.
Bu barədə "Report" Fonda istinadən xəbər verir.
Bununla bağlı müzakirələr ƏSF-nin icraçı direktoru Tural Piriyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniyanın Berlin şəhərində keçirilmiş IADI-nin 25-ci İllik ümumi yığıncağı çərçivəsində ikitərəfli görüşlərdə aparılıb.
Fotoqalereya
1 / 4Məlumata əsasən, görüşlərdə əmanətlərin sığortalanması sistemlərinin inkişafı, bankların ləğvetmə mexanizmləri, risk-əsaslı sığorta tarifləri, stress-test metodologiyaları, kompensasiya ödənişi mexanizmlərinin təkmilləşdirilməsi və rəqəmsal maliyyə alətləri üzrə beynəlxalq təcrübə müzakirə olunub.
Həmçinin görüşlər çərçivəsində İslam maliyyə prinsiplərinə uyğun əmanətlərin sığortalanması mexanizmləri ətrafında fikir mübadiləsi aparılmış, eləcə də adıçəkilən ölkələrin anoloji qurumları ilə institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumlarının imzalanması imkanları nəzərdən keçirilib.
Görüşlər beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin tətbiqi və əmanətçilərin hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər

İqtisadiyyat
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
Report.az · 9 noyabr 2026, 18:17

İqtisadiyyat
GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib
Report.az · 9 noyabr 2026, 16:17

İqtisadiyyat
Azərbaycan 2060-cı ilə qədər binalarda qaz isitmə sistemlərindən tam imtina edəcək
Report.az · 9 noyabr 2026, 11:47

İqtisadiyyat
"GL Group" və "SLB" Azərbaycanın neft-qaz sektorunda birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər
Report.az · 9 noyabr 2026, 10:47