Elnur Əliyev: Azərbaycanda ümumitəhsil üzrə yeni standartlar sənədi hazırlanır
28 oktyabr 2026, 12:17 · Mənbə: Report.az

Azərbaycanda ümumitəhsil üzrə yeni standartlar sənədi hazırlanır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda ümumitəhsil üzrə yeni standartlar sənədi hazırlanır.
"Report" xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya" mövzusunda keçirilən sessiyada elm və Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev deyib.
O bildirib ki, sənədin bu ilin sonuna qədər tamamlanması planlaşdırılır: "Yeni sənəd fərqli yanaşmanı nəzərdə tutur. Belə ki, yeni standartlarda elə bir yanaşmaya keçmişik ki, bu, mədəniyyətlərarası dialoqa və rəqəmsal vətəndaşlığa ciddi təsir göstərəcək. Bunu nəyə əsasən deyə bilərəm? İlk növbədə, yeni sənəddə səriştələr üzrə əlavə çərçivə olacaq. Bu çərçivədə vətəndaşlıq ayrıca bir səriştə kimi müəyyənləşdirilir. Bu isə irəliyə doğru atılmış çox mühüm addımdır".
E.Əliyev vurğulayıb ki, yeni yanaşma fənlərarası xarakter daşıyır:
"Bu yanaşma çərçivəsində bütün fənlərin birgə inkişaf etdirəcəyi ümumfənlərarası bacarıqlar nəzərdə tutulur. Yəni bu səriştələr üzərində yalnız bir fənn deyil, müxtəlif fənlər öz tədrisi çərçivəsində işləyəcək. Buraya mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıq da daxildir. Yeni səriştələrə yanaşma, bildiyiniz kimi, dörd əsas komponentdən ibarətdir: bilik, bacarıqlar, münasibətlər və dəyərlər. İbtidai siniflərdən başlayaraq orta və yuxarı siniflərədək məktəbin bütün pillələrində, eləcə də hər bir fəndə bu komponentlər inteqrasiya olunacaq. Başqa sözlə, bilik, bacarıq, münasibət və dəyərlər hər bir fənnə, hər sinif səviyyəsinə və məktəbin bütün pillələrinə daxil ediləcək".
YENİLƏNİR
Oxşar xəbərlər

Elm
SABAH.city-də süni intellekt startaplarının maliyyələşdirilməsi məsələsi müzakirə edilib
Report.az · 19 noyabr 2026, 09:47

Elm
Emin Əmrullayev: Uzun illər ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb
Report.az · 18 noyabr 2026, 12:47

Elm
Süni intellekt məhsulu üzrə xüsusi beynəlxalq protokolun yaradılması təklif edilib
Report.az · 12 noyabr 2026, 14:17

Elm
Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq
Report.az · 9 noyabr 2026, 20:47