SABAH.city-də süni intellekt startaplarının maliyyələşdirilməsi məsələsi müzakirə edilib
19 noyabr 2026, 09:47 · Mənbə: Report.az

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olublar.
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olublar.
Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Fotoqalereya
1 / 4SABAH.city-də süni intellekt startaplarının maliyyələşdirilməsi məsələsi müzakirə edilib
Bildirilib ki, nazirlər şəhərcikdə həyata keçirilən işlərlə tanış olub, startapların fəaliyyəti üçün yaradılmış kovorkinq mərkəzləri və laboratoriyaların imkanlarına baxıblar.
SABAH.city-nin inkişaf perspektivləri, eləcə də qurumlararası əməkdaşlığın potensial istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən startapların dəstəklənməsi, bu istiqamətdə maliyyələşmə mexanizmlərinin genişləndirilməsi və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflər nəzərdən keçirilib. Startap ekosisteminin inkişafına dəstəyin gücləndirilməsi və SABAH.city-nin gələcək inkişaf planının hazırlanması əsas müzakirə mövzularından olub.
Oxşar xəbərlər

Elm
Emin Əmrullayev: Uzun illər ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb
Report.az · 18 noyabr 2026, 12:47

Elm
Süni intellekt məhsulu üzrə xüsusi beynəlxalq protokolun yaradılması təklif edilib
Report.az · 12 noyabr 2026, 14:17

Elm
Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq
Report.az · 9 noyabr 2026, 20:47

Elm
Minaxanım Babayeva: Zəfər bayramı Azərbaycan tarixinin ən parlaq səhifəsidir
Report.az · 7 noyabr 2026, 20:17