TopXəbər

Ekspert rusların aktiv lüğətini açıqlayıb

27 sentyabr 2026, 05:14 · Mənbə: News.ru

Ekspert rusların aktiv lüğətini açıqlayıb

Orta hesabla bir rusun aktiv lüğətində 2 min söz olur. Rus dilində isə 500 minə yaxın söz var.

News.ru yazır ki, Rusiya Təhsil Nazirliyinin eksperti Sergey Pavlov bildirib ki, orta hesabla bir insanın aktiv lüğətində 2 min söz olur. Bu, hər gün asanlıqla istifadə etdiyi və danışıqda tez-tez işlədiyi sözlərdir.

Hazırda rus dilində 500 minə yaxın leksik vahid qeydə alınıb. Lakin yalnız 131 min 257 sözü əhatə edən 1950-1965-ci illərin “Müasir rus ədəbi dilinin lüğəti” mövcuddur.

Daha geniş, təxminən 150 min sözü əhatə edən "Böyük akademik rus dili lüğəti" hazırda hazırlanır. Passiv lüğət isə 10 minlə 86 min arasında dəyişir, yəni adam başa düşür, amma nadir hallarda istifadə edir.

Əyani nümunə olaraq, təhsilli insanların aktiv lüğəti orta insanınkından daha geniş olur, 6 minədək söz ehtiva edir.

Sergey Pavlov aktiv lüğət anlayışını istifadəçiyə çətinlik yaratmayan və avtomatik şəkildə danışıqda səslənən sözlər seriyası kimi izah edib.

Dünya

Albaniyada etirazçılar polisə qarşı toqquşur

Al Jazeera · 18 oktyabr 2026, 19:46