Edqaras Yankauskas: "Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik"
27 sentyabr 2026, 20:14 · Mənbə: Report.az

Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik.
"Report"un AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə Kaunas şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas mətbuat konfransında deyib.
Mütəxəssis Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycana qarşı keçirdikləri qarşılaşmanı (1:1) dəyərləndirib:
"Stadionda yaxşı atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm. Onları qələbə ilə sevindirmək istəyirdik. Təəssüf ki, istədiklərinizi meydanda tam icra edə bilmədik. Əlverişli epizodları dəyərləndirə bilmədik. Amma uduzmamaq da önəmlidir.
Qrup liderliyi uğrunda mübarizə aparırıq. Bu baxımdan Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür. Səfər görüşündən əlverişli nəticə ilə ayrılmağa çalışacağıq".
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.
Oxşar xəbərlər


İdman
Arif Əsədov: "Hələ əvvəlki "Qarabağ"ı görmürük, "Neftçi"də isə yaxşı mənada dəyişikliklər var"
Report.az · 18 oktyabr 2026, 14:47

İdman
"Qalatasaray"ın zədəli futbolçusu Rafael Leaunun durumu açıqlanıb
Report.az · 18 oktyabr 2026, 13:46

İdman
Haaland rekordu yeniləyərək Man City-yə yeddinci Premyer Liqa qələbəsini qazandırdı
Al Jazeera · 18 oktyabr 2026, 13:18