TopXəbər

Donald Tramp İranın nəhayət təslim olacağını deyib

30 sentyabr 2026, 01:16 · Mənbə: Anadolu Ajansı

Donald Tramp İranın nəhayət təslim olacağını deyib

Donald Tramp İranın çətin durumdadır və nəhayət təslim olacağını bildirib. O, həmçinin Hörmüz boğazından böyük həcmdə neft keçdiyini vurğulayıb.

Anadolu Ajansı yazır ki, ABŞ Prezidenti Donald Tramp Ağ Ev bağında texnologiya və süni intellekt sahəsinin şirkət nümayəndələri ilə mətbuat konfransı keçirərkən, İran məsələsinə toxunub. O, İranın vəziyyətinin ağır olduğunu deyib və onların yaxın zamanda təslim olacağını vurğulayıb.

Tramp İranın təslim olub-olmaması barədə dəqiq məlumatı olmadığını, lakin son nəticədə təslim olacağı qənaətində olduğunu bildirib.

ABŞ Prezidenti həmçinin, Şimali Koreyanın nüvə silahına malik olmasına dair qəti mövqe ortaya qoymadı. O, bunun səbəbini isə keçmiş rəhbərə bağlayıb və qeyd edib ki, o vaxtkı rəhbər onları dayandıra bilərdi.

Tramp Şimali Koreya lideri Kim Çen Unla yaxşı dostluq münasibətləri olduğunu deyib və onu sevdiyini bildirib.

Hörmüz boğazı ilə bağlı suala cavab olaraq isə Tramp oradan indiyədək tarixdə heç vaxt əldə edilməmiş qədər böyük neft həcmindən keçdiyini söyləyib.