TopXəbər

Corc Russell Formula 1 Azərbaycan Qran Prisində qalib gəldi

26 sentyabr 2026, 18:29 · Mənbə: Anadolu Ajansı

Corc Russell Formula 1 Azərbaycan Qran Prisində qalib gəldi

Corc Russell Bakıda keçirilən Formula 1 yarışında qalib olub. O, bu mövsümdə üçüncü qələbəsini əldə edib.

Anadolu Ajansı yazır ki, Bakıda 6 kilometrlik Bakı Şəhər Dairəvi Yolunda təşkil olunan Formula 1 Azərbaycan Qran Prisi 51 turdan ibarət olub.

Yarışı 1 saat 38 dəqiqə 2,143 saniyə vaxtla Böyük Britaniyalı Corc Russell birinci tamamlayıb və bu mövsümdə üçüncü dəfə qalib gəlib.

Red Bull komandası yarışda ikinci və üçüncü yerləri tutub. Hollandiya təmsilçisi Maks Verstappen liderdən cəmi 0,196 saniyə geri qalaraq ikinci olub. Onun həmkarı İsak Hadjar isə 10,704 saniyə fərqlə üçüncü yeri alıb.

Pilotların mövsüm üzrə xal sıralamasında ilk beşlik belədir: İtaliyalı Kimi Antonelli 302 xalla liderdir. Corc Russell 236 xal toplayıb. Üçüncü, dördüncü və beşinci yerlərdə müvafiq olaraq Böyük Britaniyalı Lyuis Hamilton (199), Lando Norris (186) və Monakolu Şarl Lekler (179) qərarlaşıb.

Komandalar arasında isə Mercedes 538 xalla öncülüyü saxlayır. Ferrari 378, McLaren 306, Red Bull 263, Racing Bulls isə 83 xal toplayıb.