Ceyhun Bayramov: Azərbaycan Almaniya ilə birbaşa uçuşların sayının artırılmasında maraqlıdır
18 noyabr 2026, 11:17 · Mənbə: Report.az

Azərbaycan Almaniya ilə birbaşa uçuşların sayının artırılmasında maraqlıdır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Almaniya ilə birbaşa uçuşların sayının artırılmasında maraqlıdır.
"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan Vadefulla Bakıda brifinqdə deyib.
Onun sözlərinə görə, 2026-cı ildən başlayaraq Azərbaycandan Almaniyaya qaz təchizatına başlanılıb. Bununla da Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb.
Nazir bildirib ki, Xəzər dənizi–Qara dəniz kabel layihəsi ilə bağlı alman həmkarı ilə müzakirələr aparıb.
"Almaniya bu məsələni əlverişli və faydalı hesab edir. Almaniya Orta Dəhlizin inkişaf etdirilməsi məsələsində də maraqlıdır".
Ceyhun Bayramov iki ölkə arasında müntəzəm uçuşların təşkili barədə də fikir mübadiləsi apardıqlarını bildirib.
"Həmkarıma bu uçuşların sayının artırılmasında maraqlı olduğumuzu ifadə etdik. Almaniyadan Azərbaycana ötən il 24 mindən çox turist gəlib, bu ilin ilk 10 ayında isə bu say artıq 25 mini keçib".
Nazir yaxın zamanlarda iki ölkə arasında növbəti biznes şuranın keçiriləcəyini də deyib.
Xəbər yenilənir
Oxşar xəbərlər


Siyasət
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Report.az · 22 noyabr 2026, 13:17

Siyasət
Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb
Report.az · 22 noyabr 2026, 10:16
