Cənubi Afrikada kütləvi atışma nəticəsində 17 nəfər ölüb
27 sentyabr 2026, 12:45 · Mənbə: Report.az

Cənubi Afrika Respublikasının (CAR) şimal-şərqindəki barda baş verən kütləvi atışmada azı 17 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "The Independent" milli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Yohannesburqdan 80 km cənub-qərbdə, Qautenq əyalətinin Vedela qəsəbəsində baş verib.
"AK-47" avtomatları və tapançaları olan səkkiz naməlum şəxsdən ibarət qrup məkana soxularaq atəş açıb. Atışma nəticəsində dördü qadın olmaqla, 17 nəfər həlak olub, 15 nəfər yaralanıb", - məlumatda deyilir.
Polisin məlumatına görə, hücum edənlər qurbanların mobil telefonlarını oğurlayıb, həmçinin iki avtomobili yandırıblar. Bundan sonra onlar hadisə yerindən qaçıblar.
Oxşar xəbərlər




Dünya
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Report.az · 20 oktyabr 2026, 02:17