BVF 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti proqnozunu ÜDM-in 11,3 %-nə qədər artırıb
13 oktyabr 2026, 06:17 · Mənbə: Report.az

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə 2026-2027-ci illər üçün proqnozunu əhəmiyyətli dərəcədə artırıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə 2026-2027-ci illər üçün proqnozunu əhəmiyyətli dərəcədə artırıb.
"Report" BVF-nin "Dünya iqtisadiyyatının inkişaf perspektivləri: təzyiq altında dayanıqlılıq, təxirəsalınmaz seçim" adlı oktyabr hesabatına istinadən xəbər verir ki, 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti ümumi daxili məhsulun (ÜDM) 11,3 %-ni, 2027-ci ildə isə 9,8 %-ni təşkil edəcək.
Fondun əvvəlki proqnozu Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2026-cı ildə ÜDM-in 9,7 %-i, 2027-ci ildə isə 5,4 %-i səviyyəsində olacağını nəzərdə tuturdu.
2026-cı ilin birinci yarımilliyinin yekunlarına görə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 12,4 %-i və ya 4,738 mlrd. ABŞ dolları səviyyəsində qiymətləndirilir.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın cari əməliyyatlar hesabının profisitini ÜDM-in 10,9 %-i, 2027-ci ildə isə 6,2 %-i səviyyəsində gözləyir.
BVF-nin may proqnozlarına əsasən, 2026-cı ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 7,572 mlrd. ABŞ dollarına çatacaq.
Öz növbəsində, Azərbaycan Mərkəzi Bankı cari ilin may ayında cari əməliyyatlar hesabının profisitini 2026-cı il üçün 5,5 mlrd. dollar, 2027-ci il üçün isə 4,4 mlrd. dollar səviyyəsində proqnozlaşdırmışdı.
Oxşar xəbərlər

İqtisadiyyat
Azad edilmiş ərazilərdə qazla təmin olunan yaşayış məntəqələrinin sayı açıqlanıb
Report.az · 19 oktyabr 2026, 15:17

İqtisadiyyat
Bakıda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib
Report.az · 19 oktyabr 2026, 13:47

İqtisadiyyat
ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb
Report.az · 19 oktyabr 2026, 13:17

İqtisadiyyat
"e-müqavilə" altsistemində süni intellekt əsaslı "RDMİS AI" dəstək köməkçisi istifadəyə verilib
Report.az · 19 oktyabr 2026, 11:17