TopXəbər

"Boeing" şirkəti ABŞ HDQ üçün altıncı nəsil qırıcı təyyarə hazırlayacaq

30 sentyabr 2026, 09:15 · Mənbə: Report.az

"Boeing" şirkəti ABŞ HDQ üçün altıncı nəsil qırıcı təyyarə hazırlayacaq

ABŞ Müharibə Nazirliyi ölkənin Hərbi Dəniz Qüvvələri (HDQ) üçün altıncı nəsil "F/A-XX" qırıcısının hazırlanması üzrə Amerikanın "Boeing" korporasiyası ilə müqavilə bağlayıb.

Yeniliklərdən dərhal xəbərdar olun!

ABŞ Müharibə Nazirliyi ölkənin Hərbi Dəniz Qüvvələri (HDQ) üçün altıncı nəsil "F/A-XX" qırıcısının hazırlanması üzrə Amerikanın "Boeing" korporasiyası ilə müqavilə bağlayıb.

"Report" xəbər verir ki, bu barədə qurumun saytında dərc olunan bəyanatda deyilir.

Müqavilənin dəyəri 20 milyard dolları ötür. O, sonrakı sınaqlar üçün təyyarənin bir neçə təcrübə nümunəsinin yaradılmasını nəzərdə tutur.

Gələcəkdə "F/A-XX"nin ABŞ Hərbi Dəniz Qüvvələrinin silahlanmasında olan "F/A-18E" və "F/A-18F Super Hornet" qırıcılarını, həmçinin "EA-18G Growler" radioelektron mübarizə təyyarələrini əvəz edəcəyi gözlənilir. Ekspertlərin qiymətləndirmələrinə görə, proqramın ümumi dəyəri perspektivdə yüz milyardlarla dollara çata bilər.

ABŞ müharibə nazirinin satınalmalar və texnologiyalar üzrə müavini Maykl Daffi bildirib ki, "F/A-XX"nin tətbiqi Amerika hərbçilərinə həlledici döyüş üstünlüyü əldə etməyə imkan verəcək.

Dünya

Pakistanlı general sabah Tehrana səfər edəcək

Report.az · 19 oktyabr 2026, 23:47